Rusiyada virusdan bir gündə 548 nəfər öldü

Rusiyada virusdan bir gündə 548 nəfər öldü
  23 İyun 2021    Oxunub:684
Rusiyada son sutka ərzində koronavirusa 17 594 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 368 513 nəfərə çatıb.

Rusiyada son bir gündə 548 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 130 895 nəfərdir. İndiyədək 4 902 110 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Virus  



Xəbər lenti