Ukrayna NATO-nun iştirakı ilə tarixin ən böyük hərbi təlimini keçirəcək

  23 İyun 2021    Oxunub :562
   Ukrayna NATO-nun iştirakı ilə tarixin ən böyük hərbi təlimini keçirəcək
İyunun 28-dən iyulun 10-a kimi Ukraynada ölkə tarixində ən böyük beynəlxalq hərbi təlimi keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Təlimlər "Sea Breeze-2021" adı altında reallaşacaq. Ukrayna Silahlı Qüvvələri komandanlığının yaydığı açıqlamaya görə, ABŞ və NATO-ya üzv ölkələrin hərbi birləşmələri təlimlərə qatılacaqlar. Xəbəri ABŞ-ın Kiyevdəki səfirliyinin mətbuat xidməti də özünün "Twitter" səhifəsində təsdiqləyib.

İlkin məlumatlara görə, "Sea Breeze-2021" təlimlərində 32 NATO ölkəsi və onların müttəfiqlərindən mindən çox hərbçi, 32 gəmi, 40 təyyarə, həmçinin xüsusi təyinatlı qüvvələr, dalğıc qruplarından 18 komanda iştirak edəcək.

Qeyd edək ki, "Sea Breeze" hərbi təlimləri 1997-ci ildən bəri Ukraynada keçirilir. ABŞ və Ukraynanın hərbi idarələri arasında bağlanmış Müdafiə, Hərbi Əlaqələrdə Anlaşma və Əməkdaşlıq Memorandumunun müddəalarına uyğun olaraq həyata keçirilir.

Tural Tağıyev

Azvision.az

Teqlər: NATO   Təlim   Ukrayna  






Xəbər lenti