"Taliban" 50 rayonu nəzarətə götürüb

  23 İyun 2021    Oxunub :417
   "Taliban" 50 rayonu nəzarətə götürüb
"Taliban" hərəkatı Əfqanıstanda güclənməkdə davam edir.
Azvision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilir ki, artıq onlar bir sıra bölgələrdə öz nüfuzlarını yenidən bərpa etməyə başlayıblar.

BMT-nin Əfqanıstan üzrə Xüsusi Nümayəndəsi Deborah Layonsun verdiyi məlumata görə, "Taliban" hərəkatının qanunsuz silahlı birləşmələrinin hücum əməliyyatları zamanı terrorçular Əfqanıstanın 50-dən çox bölgəsini nəzarətə götürə biliblər. BMT nümayəndəsi indiki situasiyanı belə qiymətləndirib ki, “Taliban” xarici qoşunların ölkədən çıxmasından sonra paytaxtı ələ keçirtməyə hazırlaşır. Bunun üçün terroristlər rayonları zəbt etməkdə davam edirlər.

Qeyd edək ki, talıbançıların hücumları bu ilin may ayından başlayıb.

Tural Tağıyev

Azvision.az

Teqlər: Taliban   Əfqanıstan  






Xəbər lenti