XİN rəhbərləri Qarabağa dair razılaşmaları müzakirə ediblər

  23 İyun 2021    Oxunub :461
 XİN rəhbərləri Qarabağa dair razılaşmaları müzakirə ediblər
İyunun 23-də Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Nazirlər münasibətlərin aktual məsələləri, regional və beynəlxalq gündəmlə bağlı müzakirələr aparıblar.

C.Bayramov və S.Lavrov koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, çoxşaxəli Rusiya-Azərbaycan münasibətlərinin uğurla inkişaf etdiyini və qarşılıqlı ticarət-iqtisadi əlaqələrin artdığını məmnunluqla vurğulayıblar.

XİN rəhbərləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmaların, xüsusən də Dağlıq Qarabağda humanitar problemlərin həllinə dair razılaşmalarının həyata keçirilməsinə toxunublar. Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin ortaq sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun bölgənin münaqişədən sonrakı inkişafına verdiyi mühüm töhfə vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: CeyhunBayramov   SergeyLavrov  






Xəbər lenti