XİN rəhbərləri Qarabağa dair razılaşmaları müzakirə ediblər
Nazirlər münasibətlərin aktual məsələləri, regional və beynəlxalq gündəmlə bağlı müzakirələr aparıblar.
C.Bayramov və S.Lavrov koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, çoxşaxəli Rusiya-Azərbaycan münasibətlərinin uğurla inkişaf etdiyini və qarşılıqlı ticarət-iqtisadi əlaqələrin artdığını məmnunluqla vurğulayıblar.
XİN rəhbərləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmaların, xüsusən də Dağlıq Qarabağda humanitar problemlərin həllinə dair razılaşmalarının həyata keçirilməsinə toxunublar. Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin ortaq sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun bölgənin münaqişədən sonrakı inkişafına verdiyi mühüm töhfə vurğulanıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: CeyhunBayramov SergeyLavrov







Vaxtında, Aydın, Lazımlı!


