Virusla bağlı daha bir təhlükə: "Peru ştammı" da meydana çıxdı

  23 İyun 2021    Oxunub :446
     Virusla bağlı daha bir təhlükə:    "Peru ştammı" da meydana çıxdı
Peruda koronavirusun Hindistan ştammı qədər təhlükəli yeni növü aşkarlanıb.

Azvision.az xəbər verir ki, bu barədə "George Mason" Universitetinin professoru Ança Baranova məlumat yayıb.

Mütəxəssis gələcəkdə COVİD 19-un digər, yeni növlərinin meydana gəlməsini də istisna etməyib.
“Koronavirusun Hindistan versiyasından sonra digər növləri meydana çıxacaq. Məsələn, artıq Peruda da yeni bir ştamm qeydə alınıb. O, təhlükəsinə görə, "Delta"dan (Hindistan ştammı-red.) heç də geri qalmır. Hətta təxminən onunla bir səviyyədədir"-,deyə professor qeyd edib.

Baranova belə hesab edir ki, yeni növlərin hər birinə qarşı ayrıca vaksin vurdurmağa ehtiyac olacaq.

“Əgər bunlar iki fərqli virus növüdürsə, onda belə alınır ki, həmin ştamlara qarşı fərqli peyvəndlərə də ehtiyac yaranacaq? Bütün bunlar suallar doğurur”.

Qeyd edək ki, Hindistan ştammı artıq Gürcüstan və Rusiyaya da çatıb.

Tural Tağıyev

Azvision.az

Teqlər: Koronavirus   Peru   Ştamm  






Xəbər lenti