"Hindistan ştammı" ikinci dəfə mutasiyaya uğradı: Təhlükə artır

  23 İyun 2021    Oxunub :1315
 "Hindistan ştammı" ikinci dəfə mutasiyaya uğradı: Təhlükə artır
Dünya Hindistanda meydana gəlmiş koronavirusun yeni növü "Delta"nın (Hindistan ştammı - red.) təhlükəsini azaltmağı müzakirə etdiyi bir vaxtda, virus ikinci dəfə mutasiyaya uğrayıb.
Azvision.az"İndia Today"ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Tibb Elmləri İnstitutunun direktoru Randip Quleria bildirib. Belə ki, "Delta-plus" (B.1.617.2.1) adlanan yeni mutasiya olunmuş növ Hindistanda güclü dalğanın yaranması təhlükəsini artırıb. Virusun bu ən yeni növü olduqca yoluxucudur.
İranda yeni dalğa: İki həftəlik qapanma ehtimalı var

Mütəxəssisin fikrincə, koronavirusun bu variantına hətta xəstəlik daşıyıcısı olan birinin yanından sadəcə maskasız bir anlıq keçməklə də yoluxmaq olur. Bundan əlavə, həkimlər və səlahiyyətlilər, "delta-plus"un monoklonal antikorlara qarşı davamlı olmasından narahatdırlar.

Hazırda alimlər mövcud peyvəndlərin yeni ştammla mübarizədə nə qədər təsirli olduğunu qiymətləndirmək üçün araşdırmalar apardıqlarını bəyan ediblər.

Qeyd edək ki, bir müdət öncə Hindistan Səhiyyə Nazirliyi əhalinin daha sıx yaşadığı Kerala, Maharaştra və Madhya-Pradeş əyalətlərinin rəhbərlərinə COVID-19-un ən yeni növünün təhlükələri barədə xəbərdarlıq etmişdi. Xüsusilə, virusun bu variantının ağciyər hüceyrələrini daha güclü şəkildə yoluxdura bilməsi barədə məlumatlar yayılmışdı.

Tural Tağıyev

Azvision.az

Teqlər: Koronavirus  






Xəbər lenti