Meksika ilə ticarətimizdə müsbət dinamika yaranıb
Azərbaycan ilə ikitərəfli ticarətə gəldikdə, hər iki ölkənin bazarlarında təqdim olunan əsas elementləri vurğuladı: neft-qaz sektoru üçün alətlər, kənd təsərrüfatı və yeyinti məhsulları, nəqliyyat vasitələri, elektron avadanlıq və s. Diplomat qeyd etdi ki, ikiərəfli ticarət 2019-cu ildə rekord göstəriciyə çataraq, 52.4 milyon dollar təşkil etmişdir. Əlavə olaraq bildirdi ki, pandemiya ucbatından Azərbaycan ilə ticarətin yalnız 4%-dək enməsi əlaqələrin dayanıqlığını və qarşılıqlı marağı göstərir.
Abdolbari Gözəl ətraflı məlumata görə təşəkkür etdi və Meksikada istehsal olunan yeyinti məhsullar haqqında vizual materialla tanış oldu.
Tərəflər ticari əlaqələrin möhkəmlənməsi perspektivləri barədə fikir mübadiləsi apardılar.
Pərvanə Sultanova
Azvision.az