BQXK-nın baş direktoru Lavrovla Qarabağı müzakirə edəcək

BQXK-nın baş direktoru Lavrovla Qarabağı müzakirə edəcək
  23 İyun 2021    Oxunub:887
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) baş direktoru Piter Maurer Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağ mövzusun müzakirə edəcək.
Azvision.az xəbər verir ki, bu barədə o, “RİA Novosti”yə deyib.

“Gündəm, əlbəttə ki, genişdir, çünki Rusiya dünyanın bir çox yerində mövcuddur, nüfuzu var və BQXK da böyük işlər görür. Ona görə də gündəmdə olan Suriya, Ukrayna, Dağlıq Qarabağ, xüsusən də BQXK və Rusiyanın çox yaxından çalışdığı bəzi digər məsələləri müzakirə edəcəyik.

Bundan əlavə, Afrikadakı münaqişə bölgələri ilə bağlı mövzuya toxunacağıq", - baş katib bildirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qarabağ   BQXK   Lavrov  



Xəbər lenti