"Ölkədə ideologiya, sistem yoxdur"- Sarkisyan
O deyib ki, son parlament seçkilərində 25 partiya və ya blok iştirak etdi. Amma praktik olaraq ölkədə real partiyalar yoxdur. Onlar yalnız seçki müddəti ərzində mövcuddurlar, sonra yox olurlar. İdeologiya, sistem yoxdur.
Sarkisyan vurğulayıb ki, Ermənistan Rusiya imperiyasının, sonra SSRİ-nin bir hissəsi idi. İctimai rəydə parlament hakimiyyəti deyil, prezident hakimiyyəti təsəvvürü hələ də saxlanılır.
"Avropa təşkilatları Ermənistana parlament demokratiyasının inkişafını təklif etdilər, lakin insanların əksəriyyəti buna yaxın deyillər. 2015-ci il konstitusiyası ölkəni parlamentli respublikaya deyil, baş nazir respublikasına çevirdi", - Sarkisyan bildirib.
Əlavə onun parlament qarşısında səlahiyyətləri var, lakin heç bir məsuliyyəti yoxdur.
Sarkisyan xatırladıb ki, baş nazirin rəhbərlik etdiyi partiya konstitusiyanı dəyişdirəcəyini deyib:
"Bunu etsələr, parlament güclənər. Parlamentin baş naziri deyil, konkret vətəndaşları təmsil etməsi vacibdir".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan ArmenSarkisyan







Vaxtında, Aydın, Lazımlı!


