Əfsanəvi teleaparıcı vəfat etdi

Əfsanəvi teleaparıcı vəfat etdi
  23 İyun 2021    Oxunub:862
Əfsanəvi Sovet televiziya aparıcısı Viktor Balaşov vəfat edib.
Azvision.az xəbər verir ki, 96 yaşlı diktorun ölümü barədə məlumatı "Vesti.ru" saytı yayıb.

Qeyd edək ki, SSRİ vətəndaşlarına Yuri Qaqarinin kosmosa uçuşu barədə ilk məlumatı Balaşov vermişdi. O uzun müddət Ümumittifaq Radiosunda çalışıb. 1947-1996-cı illərdə Mərkəzi Televiziyada işləyib. Rusiya Federasiyasının xalq artisti olan Balaşov "Zaman" xəbər verilişinin, eləcə də "Qaliblər", "Ön xətdəki Dostlar Klubu" kimi televiziya verilişlərinə aparıcılıq edib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Vəfat   Sovet   Teleaparıcı  



Xəbər lenti