Bir ailənin dörd üzvü müəmmalı şəkildə öldü
İstintaq qrupunun yerli mediaya verdiyi məlumata görə, çərşənbə günü 74 yaşlı təqaüdçü Kolxoznaya Axtuba kəndində evinin həyətindəki su quyusunu təmizləyərkən özünü pis hiss edib. Arvadı onu huşsuz vəziyyətdə tapıb və elə özü də huşunu itirib. Onların qızı və 27 yaşlı nəvəsi nənə və babanın ardınca quyuya endikdən sonra dünyalarını dəyişiblər. Bir ailənin dörd üzvünün ölümünə ehtimal kimi kimyəvi buxarlarla zəhərlənmə göstərilir. Cəsədlər məhkəmə tibbi ekspertizasına göndərilib.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


