“İndiana Cons”un 5-ci filmi çəkilir: Harrison Ford zədələnib

“İndiana Cons”un 5-ci filmi çəkilir:    Harrison Ford zədələnib
  23 İyun 2021    Oxunub:1909
“İndiana Cons” franşizasının 5-ci filminin çəkilişi zamanı məşhur aktyor Harrison Fond zədələnib.
Azvision.az “Deadline”-a istinadla xəbər verir ki, 78 yaşlı aktyorun çiyni əzilib. Lakin buna görə çəkilişlər təxirə salınmayacaq. Aktyorun zədəsi sağalana qədər filmin yaradıcı komandası onun iştirakı olmayan səhnələrin çəkilişilə məşğul olacaq.

Qeyd edək ki, rejissor Ceyms Menqoldun çəkdiyi “İndiana Cons – 5” 2022-ci ilin iyulunda ekrana çıxacaq.

Filmin fanatları 78 yaşlı Harrison Fordun yenidən macərapərəst arxeoloqu canlandırmasını birmənalı qarşılamayıblar. Bəzi fanatlar belə düşünürlər ki, artıq bu franşizanı da “restrat” etməyin vaxtıdır.

Tariyel
Azvision.az



Teqlər: Kino  





Xəbər lenti