"Bu, Ermənistan tarixində ən gözlənilməz seçkilər idi" - Paşinyan

"Bu, Ermənistan tarixində ən gözlənilməz seçkilər idi" -  Paşinyan
  24 İyun 2021    Oxunub:813
Ermənistandakı parlament seçkilərinin nəticəsi gözlənilməz olsa da, hakimiyyət göstərdi ki, seçicilərin iradəsinin necə olmasına baxmayaraq, ciddi şəkildə yerinə yetirilməlidir.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumət iclasında deyib.

O, 2018-ci ildə də seçkilərin qanuniliyi ilə bağlı qiymətləndirmələrin yüksək olduğunu xatırladıb.

"Həmin vaxt nəticələrin aydın olduğu üçün hakimiyyətin seçkiləri saxtalaşdırmağa ehtiyacı olmadığı deyilirdi. Ancaq 2021-ci ildə tamamilə fərqli idi. Bəlkə də bu, respublika tarixində ən gözlənilməz seçkilər idi. Ancaq bu şərtlərdə də dəyərlər sistemimizə sadiq qaldıq. Seçki iradəsini sərbəst ifadə etmək bizim üçün mübahisəsiz bir dəyərdir", - Paşinyan bildirib.

Paşinyan yerli və beynəlxalq müşahidəçilərin seçkilərin demokratik meyarlara uyğun keçirildiyi barədə açıqlama verdiklərini xatırladıb:

"İnanmaq istərdim ki, bununla da Ermənistanda seçki saxtakarlığının səhifəsi bağlandı. Burada həlledici söz seçicilərindir, indi hakimiyyətin taleyin məhz onlar həll edirlər", - Paşinyan vurğulayıb.

Xatırladaq ki, Ermənistanda iyunun 20-də erkən seçkilər keçirilib. Paşinyanın "Vətəndaş müqavilə" partiyası 53,92% səs alaraq qalib gəlib. Hakimiyyətin əsas rəqibi - keçmiş prezident Robert Koçaryanın "Ermənistan" bloku - 21,04% qazanıb.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: NikolPaşinyan   Seçki  





Xəbər lenti