Hindistanda "Delta plus"dan ilk ölüm qeydə alındı

  24 İyun 2021    Oxunub :467
 Hindistanda "Delta plus"dan  ilk ölüm  qeydə alındı
Hindistanda koronavirusun “Delta plus” ştammından ilk ölüm qeydə alınıb.
Azvision.az xəbər verir ki, hadisə Madhya-Pradeş ştatında baş verib.

Ştatın səhiyyə naziri Vişvas Saranqın sözlərinə görə, virusa yoluxmuş qadın mayın 23-də vəfat edib. Lakin onun "Delta plus"a yoluxması analizlərdən sonra məlum olub.

Bundan əvvəl mərhumun həyat yoldaşı da COVID-19-a yoluxub, daha sonra peyvənd olunub. Onun özü isə koronavirus əleyhinə peyvənd vurdurmayıb.

Ümumilikdə, ştatda bu ştamma beş yoluxma hadisəsi qeydə alınıb. Həmin şəxslərdən 4-ü peyvənd olunub.

Qeyd edək ki, bu ştamm geniş yayılmış “delta” variantının (B.1.617.2) mutasiyasıdır . Daha əvvəl Hindistanda "delta plus"a 40-a yaxın yoluxma aşkar edildiyi bildirilib.

Hindistan aşkar edilmiş koronavirus infeksiyalarının sayına görə dünyada ikinci yerdədir. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, keçən ilin martından bəri ölkədə koronavirusa yoluxanların ümumi sayı 30 milyonu keçib. 29 milyondan çox xəstə sağalıb, ölənlərin sayı isə 391 mindən çoxdur. Hazırda 627 min nəfər müalicə alır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər:






Xəbər lenti