Xırdalan - arpa yığımı və mövsümün yenilikləri barədə
İki gün əvvəl xammalın lokallaşdırılması layihəsi çərçivəsində arpa yığımına start verilmişdir. Müvafiq laboratoriya tətqiqatlarından sonra şirkət Azərbaycanda bitirilmiş arpadan hazırlanmış Xırdalan pivəsini qürurla təqdim edəcəyinə ümid edir.
Xırdalan 2021-ci ilin yeni mövsümündə yeniliklərə gəldi. İndi istehlakçılar məhsulun dəyişilməz yüksək keyfiyyəti ilə yanaşı daha müasir dəbli etiketindən də zövq ala bilərlər. Yeni dizaynda pivə brendlərinin tərtibatı üzrə dünya trendləri və unikal milli elementlərin orqanik ahəngi yer alıb. Loqotipin yer aldığı rondel, sünbüllər və heraldika detalları dünya pivə klassikasının tərkib hissəsi hesab olunur. Rondelin yuxarı hissəsi Bakının neft bumu dövründəki binalarının fasadındakı konsolları təkrarlayır, bəzəklər isə xalq yaradıcılığının motivləri əsasında hazırlanıb. Yeni dizaynın əsas tapıntısı simurq quşu görkəmindəki elementi olub ki, bu da Xırdalan brendinin Azərbaycanda – odlar yurdunda hazırlanmasını özünəməxsus şəkildə ifadə edir.
Stil yenilənməsi ilə yanaşı brend, təkmilləşdirilmiş müasir, şüşə butulkalarının siluetini təkrarlayaraq rəflərdə daha tez gözə çarpan 1.5 litr və 2.0 litrlik PET (plastik) butulkalarını da təqdim edib.
Daha bir sürpriz məhsul xəttinin genişlənməsi ilə bağlı olub. 2019-cu ildə Azərbaycan bazarında Xırdalan Non-Filtered pivəsi təqdim olundu və qısa müddət ərzində istehlakçılar tərəfindən sevildi. Məhsulun bu cür heyranedici uğuru yeni təkliflərin axtarışına təkan verdi. İstehlakçıların seçimlərinə əsaslanaraq, təxminən iki il sonra brend özünün Xırdalan Premium Dark pivəsini təqdim edir. Xırdalan Premium Dark pivəsini ölkənin restoran və pablarında dadmaq olar.
Xırdalan Premium Dark - karamel notlarını, xoşagələn mayaotu açılığı və zəngin ətri özündə cəmləşdirən tünd pivədir. Həqiqi tünd pivənin dolğun dadı lagerin təravəti və yüngüllüyü ilə ahəng təşkil edir.
Bununla da, Xırdalan müasir pivəbişirmə trendlərində aktual olan üç əsas lager növünü özündə cəmləşdirir: klassik Xırdalan lageri, Xırdalan Non-filtered lageri və yeni – tünd Xırdalan Premium Dark lageri. Dizaynın yenilənməsi və dad çeşidinin artımı indi brendi istehlakçılar üçün daha da aktual və maraqlı edib.
Xırdalan – pivə istehlakçıları tərəfindən möhtəşəm dadı və yüksək keyfiyyətinə görə sevilən ölkənin №1pivə brendidir. 30 ildən çoxdur bazarda olan Xırdalan tək yerli deyil, beynəlxalq səviyyədə də tanınıb. Mükafatları arasında Londonda keçirilən International Beer Challenge müsabiqəsinin qızıl medalı, Brüsseldə təşkil olunmuş International Taste Institute müsabiqəsində lider mövqelərdən biri, Carlsberg Group-un lager kateqoriyası brendləri arasında gümüş medalı göstərmək olar.
Alkoqol tərkibi: 4.8%, başlanğıc şirənin ekstraktivliyi: 11%.
Qeyd edək ki, Carlsberg Azerbaijan pivəbişirmə zavodu Azərbaycanın paytaxtı Bakıdan 10 kilometr məsafədə, Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitr təşkil edir, şirkətdə təxminən 250 nəfər əməkdaş, əlaqədər sahələrdə 3000-dən artıq əməkdaş fəaliyyət göstərir (podratçılar, pərakəndə satış və qonaqpərvərlik sektoru) çalışır. Zavodun inkişafına şirkətin ümumi sərmayəsi təxminən 60 milyon manatdır. Şirkət portfelinə Xırdalan, Carlsberg, Tuborg, Baltika, Əfsanə Kronenbourg Blanc 1664, Seth&Riley's Garage kimi məşhur markalar daxildir.
Azvision.az
Teqlər: