ÜST: "Hindistan ştammı" əvvəlki virusdan iki dəfə çox yoluxucudur

      ÜST:   "Hindistan ştammı" əvvəlki virusdan iki dəfə çox yoluxucudur
  25 İyun 2021    Oxunub:847
Koronavirusun mutasiya olmuş yeni versiyası olan "Delta" (Hindistan ştammı-red.) dünya üzrə kütləvi şəkildə yayıla bilər.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Sumya Svaminatan deyib. ÜST mütəxəssisinin sözlərinə görə, "Hindistan ştammı" əvvəlki virusdan iki dəfə daha çox yoluxucudur.
Svaminatan "Delta"nın əvvəlcə Hindistanda meydana gəldiyini, hazırda isə, 85 ölkəyə yayıldığını xatırladıb.

"Bu ştammın əsas xüsusiyyəti odur ki, o əvvəlllər yayılan virusun ilkin versiyasından daha çox yoluxucudur. Yeni ştamma yoluxan şəxs qısa müddətdə dörd, altı hətta səkkiz nəfəri xəstələndirə bilər”. Svaminatan, bu səbəbdən bütün ailələrdə infeksiyanın geniş yayılması hallarının olduğunu bildirib.
O yaxşı xəbər kimi isə, mövcud olan əksər vaksinlər effektlivliyini göstərib.

Tural Tağıyev

Azvision.az



Teqlər: Ştamm   Virus   Hindistan   ÜST  



Xəbər lenti