Məşhur aktyoru döydülər

Məşhur aktyoru döydülər
  25 İyun 2021    Oxunub:752
Rusiyanın tanınmış aktyorlarından olan, "Papinı Doçki" serialındakı rolu ilə məşhurlaşmış Anatoliy Xropovu döyüblər.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, hadisə Moskvada baş verib. Hələlik şəxsiyyəti istintaqa bəlli olmayan bir neçə nəfər aktyora hücum edərək ona müxtəlif bədən xəsarətləri yetirib.
Cinayətkarlar sənətçinin pulqabını, telefonunu, sənədləri və qızıl boyunbağını da götürərək soyğunçuluq ediblər.

Tural Tağıyev
Azvision.az



Teqlər: Aktyor   Moskva  



Xəbər lenti