ABŞ Əfqanıstanda 650 hərbçi saxlayacaq
Qeyd edilir ki, Əfqanıstanda qalacaq hərbçilərin əsas vəzifələri səfirlik binalarının qorunması və diplomatların işgüzar səfərlər zamanı təhlükəsiz hərəkətinin təmin edilməsi olacaq.
Qeyd edək ki, ABŞ qoşunlarını Əfqanıstandan may ayında çıxarmağa başlayıb. Prezident Cozef Bayden administrasiyası qoşunların çıxarılması prosesini sentyabrın 11-dək başa çatdırmağı planlaşdırır. Əvvəlki ABŞ administrasiyasının “Taliban” hərəkatı ilə razılaşmasına əsasən isə qoşunlar mayın 1-dək ölkədən çıxarmalı idi.
Tural Tağıyev
Azvision.az
Teqlər: Əfqanıstan ABŞ







Vaxtında, Aydın, Lazımlı!


