Paşinyanın qohumları ictimai fəalı döydülər
"Bir qrup gənc Vazgeni halsız vəziyyətdə olana kimi döyüb. Gənclərin Paşinyanın qohumları olduğu deyilir. Vətəndaş ağır xəsarətlərlə Dilican Tibb Mərkəzinə aparılıb. Ancaq maraqlıdır ki, mərkəzdən bizə bu adda hər hansı bir xəstənin olmadığını bildirdilər. Vazgenin əvvəlki günlərdə klinikaya qəbul edilməsini soruşduq. Sorğumuza cavab olaraq belə məlumatları verməyə səlahiyyətlərinin olmadığını dedilər. Amma polisdəki mənbələrimiz həmin adda bir gəncin həmin gün xəstəxanaya aparıldığını təsdiqlədi. Mərkəzdən polisə bildiriblər ki, xəstəxanaya gətirilən Franqulyan yıxılaraq zədələr alıb", -deyə məqalədə yazılıb.
Tural Tağıyev
Azvision.az