İsraildə yoluxmalar yenidən artdı: Maska məhdudiyyəti qayıdır

İsraildə yoluxmalar yenidən artdı:  Maska məhdudiyyəti qayıdır
  25 İyun 2021    Oxunub:1474
İsrail yenidən koronavirusla bağlı bəzi məhdudiyyətləri tətbiq etməyə başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, yoluxma hallarının artması səbəbindən cümə günündən etibarən qapalı məkanlarda maskalardan istifadə ilə bağlı qaydalar yenidən qüvvəyə minəcək.

"Bu gün saat 12.00-dan etibarən yoluxmaların artması ilə əlaqədar açıq sahələr istisna olmaqla, hər yerdə maska taxma məcburiyyəti tətbiq olunur. İstisna kimi yalnız 7 yaşdan kiçik uşaqlar və idmanla məşğul olanlar maskadan yararlanmaya bilərlər", -deyə nazirlik bildirib.

Qeyd edək ki, həftənin əvvəlində İsrail Baş naziri Naftali Bennet vətəndaşları virusun yeni təhlükəli forması olan "Delta"nın (Hindistan ştammı-red.) surətlə yayılması fonunda xaricə səyahətdən çəkinməyə çağırdı.

Tural Tağıyev
Azvision.az



Teqlər: İsrail   Maska  



Xəbər lenti