31 Martla bağlı bəyanat
Bəyanatda deyilir ki, 1918-ci ilin mart-aprel aylarında baş verən kütləvi qırğın zamanı silahlı erməni dəstələri dinc əhalini amansızcasına qətlə yetirib. Sənəddə həmçinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Azərbaycanın Xocalı şəhərinə hücuma keçərək dinc əhaliyə amansız divan tutduqları da vurğulanıb.
Konqres Avropanın digər nüfuzlu beynəlxalq təşkilatlarına da müraciət edərək Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb.