Nazarbayev peyvənd olundu

Nazarbayev peyvənd olundu
  25 İyun 2021    Oxunub:1445
Qazaxıstanın birinci prezidenti Elbası Nursultan Nazarbayev “Sputnik V” peyvəndinin ilk dozasını qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə onun müşaviri və mətbuat katibi Aidos Ukibay bildirib.

"Nursultan Nazarbayev “Sputnik V” peyvəndinin ilk dozasını vurdurdu. Peyvənd olunduqdan sonra Nazarbayev xalqa sanitariya və epidemioloji təhlükəsizlik tədbirlərinə riayət etmələri və aktiv vaksinasiya olunmaları çağrışı ilə müraciət edib", - sabiq prezidentin müşaviri əlavə edib.

Xatırladaq ki, Nazarbayev 2020-ci ildə koronavirusa yoluxmuşdu.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: NursultanNazarbayev   vaksin  



Xəbər lenti