Tacikistanda peyvənd olunmayanları məscidlərə buraxmayacaqlar

   Tacikistanda peyvənd olunmayanları məscidlərə buraxmayacaqlar
  25 İyun 2021    Oxunub:718
Gələn həftədən Tacikistanda ibadət yerlərinə yalnız vaksinasiya olunmuş şəxsləri buraxacaqlar.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, Cümə namazı zamanı Düşənbə şəhərindəki məscidlərə yalnız koronavirus daşıyıcısı olmaması haqqında bir arayış və ya peyvənd edildiklərini təsdiqləyən sənədlə gələnlərin buraxılacağı barədə xəbərdarlıq edilib.

"Peyvənd olunmayanlar pasportla ibadətə gələrək məscidin yaxınlığındakı səyyar nöqtələrdə vaksinasiyadan keçə bilərlər. Yalnız bundan sonra namaz üçün içəri daxil ola bilərlər. Peyvənd sertifikatı olmadığı təqdirdə heç kim məscidə buraxılmayacaq",- deyə Üləma Şurasının rəhbəri Saidmuxarram Abdukadirzadə, cümə xütbəsi zamanı söyləyib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Meçid   Vaksin  





Xəbər lenti