Daha bir ölkə maska rejimin ləğv etdi

Daha bir ölkə maska rejimin ləğv etdi
  26 İyun 2021    Oxunub:648
İspaniyada bu gündən etibarən açıq havada maska taxmaq qadağası ləğv edilir.
Azvision.az xəbər verir ki, təxminən bir ildir qüvvədə olan bu qadağa ölkədə epidemioloji vəziyyətin yaxşılaşması, peyvəndlənmənin sürətlə aparılmasına görə hökumət tərəfindən aradan qaldırılıb.

Qeyd edək ki, 2020-ci ilin iyulundan ispanlar maska taxmadan evdən çıxa bilmirdilər. Qaydaları pozanları 100 avroya qədər cərimə gözləyirdi. Maska taxmaq hər yerdə - liftdə, mağazalarda, ictimai nəqliyyatda, küçədə, parkda, hətta dəniz sahilində tək gəzən zaman belə tələb olunurdu.

Xatırladaq ki, hazırda İspaniyada 23,7 milyon insan vaksinin birinci, 15,1 milyon nəfər isə ikinci dozasını qəbul edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İspaniya   Maska   Ləğv  





Xəbər lenti