Rusiyada virusa yoluxma və ölüm sayı artdı

Rusiyada  virusa yoluxma və ölüm sayı artdı
  26 İyun 2021    Oxunub:881
Rusiyada son sutka ərzində koronavirusa 21 665 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 430 753 nəfərə çatıb.

Rusiyada son bir gündə 619 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 132 683 nəfərdir. İndiyədək 4 943 986 nəfər sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti