Onların ataları qəhrəmandır! – Şəhid övladları üçün tədbir keçirilib

   Onların ataları qəhrəmandır!    – Şəhid övladları üçün tədbir keçirilib
  26 İyun 2021    Oxunub:3336
Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə "Fire Land Production”ın təşkilatçılığı, Azərbaycan Milli Güləş Federasiyasının, Azərbaycan Milli İdman Növləri Assosiyasının və Müdafiə Nazirliyinin dəstəyilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün "Mənim atam qəhrəmandır" adlı tədbir həyata keçirilib.
Şəhid övladları avtobusda “Yaşa, yaşa Azərbaycan” mahnısını ifa edərək, Azərbaycan Hərbi Dəniz Qüvvələri qərargahına gediblər. Burada Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Simfonik Orkestrin ifa etdiyi marşın sədaları altında onlara atalarının rəsmi həkk olunmuş köynəklər və Azərbaycan bayrağı təqdım olunub.
Tədbirin rəsmi hissəsindən sonra şəhid övladları gəmiyə dəvət olunublar. Burada onları cizgi gəhrəmanları geyimlərində animatorlar qarşılayıblar. Şəhid övladlarından biri, balaca Nemət çıxış edərək, "Müharibə olmasın! Uşaqlar atasız qalmasın!" mesajını səsləndirib, uşağlar birlikdə havaya göyərçinləri uçurdublar.
Yekunda cizgi gəhrəmanları geyimlərində animatorlar bütün şəhid övladlarına hədiyyələr təqdim edib. Uşaqlar əsgər yeməkxanasında hərbçi təamlarına da qonaq ediliblər.



"Bu gün xüsusi bir gündür. Bu gün Azərbaycan Silahlı Qüvvələr Günüdür. Azərbaycanı 30 ildir həsrətində olduğu torpaqlarına qovuşduran Müzəffər Ordumuzun bayramıdır. “MƏNİM ATAM QƏHRƏMANDIR!” tədbirinin məhz bu gündə keçirilməsi də təsadüfi deyil. Çünki bu tədbirin iştirakçıları Vətən uğrunda canından keçmiş qəhrəmanların övladlarıdır”.
Bu sözləri Azərbaycan Milli Güləş Federasiyasının Prezidenti Cəlal Qurbanov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Milli Güləş Federasiyasının, Azərbaycan Milli İdman Növləri Assosiyasının və Müdafiə Nazirliyinin dəstəyi ilə, Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün keçirilən “Mənim atam qəhrəmandır” adlı idman tədbirində deyib.



Vətənpərvər mahnıların söz yazarı Cəlal Qurbanov qeyd edib ki, tədbirin məqsədi torpaqlarımız uğrunda canını fəda edən əziz şəhidlərimizi bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, eləcə də uşaqları idmanla bağlı maarifləndirməkdir:
“Şəhidlər - şərəf, qeyrət, ucalıq zirvəsidir.
Şəhidlər - həyatlarının hər kəsə nümunə olacağı igidlərdir. Amma bir şeyi unutmayın ki, siz - bu möhtəşəm bayrağı Qarabağ torpaqlarında ucaldan qəhrəman igidlərin övladlarısınız. Siz bununla fəxr etməli, qürur duymalısınız.



Yenə də deyirəm, siz heç vaxt başınızı aşağı əyməyin. Başınızı hər zaman dik tutun. Siz qəhrəmanların övladlarısınız. Əksinə, hər kəs sizin qarşınızda baş əyməlidir ki, məhz sizin atalarınızın sayəsində bütün dünyada artıq başımız dik gəzə bilirik! Ali Baş Komandan, möhtərəm Prezidəntimiz İlham Əliyevin, müqəddəs şəhidlərimizin, qorxmaz qazilərimizin, cəsur əsgərlərimizin sayəsində qalib ölkənin məğrur vətəndaşıyıq artıq! Azərbaycan sizin atalarınız kimi qəhrəmanların sayəsində, o qəhrəmanların ağıllı, vüqarlı övladları var olduqca daim yaşayacaq!”


Teqlər:





Xəbər lenti