Rusiyanın dördüncü vaksini dövriyyəyə buraxıldı

Rusiyanın dördüncü vaksini dövriyyəyə buraxıldı
  26 İyun 2021    Oxunub:2008
Rusiyanın “Sputnik Light” peyvəndinin ilk partiyası mülki dövriyyəyə buraxılıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Mixail Muraşko bildirib.

Onun sözlərinə görə, “Sputnik Light"dan yoluxmuş şəxslərin peyvəndi və revaksinasiya üçün istifadə edilməsi planlaşdırılır.

"İyun ayının sonuna qədər təxminən 2,5 milyon doza mülki dövriyyəyə daxil olacaq. İstehsal həcminin artırılması nəzərdə tutulub", - Muraşko söyləyib.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi 2020-ci ilin avqust ayında COVID-19-a qarşı dünyada ilk peyvəndi - "Sputnik V"ni qeydiyyata alıb. Bundan əlavə, “EpiVacCorona”, “CoviVac” yaradılıb. May ayının əvvəlində sayca dördüncü peyvənd - "Sputnik Light" qeydiyyata alındı.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Vaksin  



Xəbər lenti