Ermənistanda etirazçılar yolu bağladılar

 Ermənistanda etirazçılar yolu bağladılar
  26 İyun 2021    Oxunub:1436
Ermənistanın Armavir bölgəsinin sakinləri suvarma probleminin həll olunması tələbi ilə aksiya keçirirlər.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, etirazçılar Armavir-İrəvan yolunu bağlayıblar.

Onlar ödəniş etsələr də artıq bir neçə gündür suvarma suyunun verilmədiyini və prpblemlə heç kəsin məşğul olmadığını deyiblər.

"Yetişdirdiyimiz məhsul quruyur, nə etməliyik. Acından ölək?", deyə sakinlər bildirib.

Onlar rəsmi şəxslərlə görüş tələb edirlər. Yolu açmağa çalışan polis əməkdaşları ilə etirazçılar arasında qarşıdurma olub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti