Kolumbiya prezidentinin olduğu helikopter atəşə tutulub

Kolumbiya prezidentinin olduğu helikopter atəşə tutulub
  26 İyun 2021    Oxunub:1311
Kolumbiya prezidenti İvan Dukenin olduğu helikopter naməlum şəxslər tərəfindən atəşə tutulub.
Azvision.az xarici KİV-lərə istinadla xəbər verir ki, hadisə nəticəsində prezident zərər çəkməyib.

İvan Dukenin olduğu helikopter Şimali Santander departamentini tərk edərkən hücuma məruz qalıb. Helikopterə ən azı altı atəş açılıb, pilotların və heyət üzvlərinin təcrübəsi sayəsində vəziyyətin öhdəsindən gəlmək mümkün olub.
Prezidentlə birlikdə helikopterdə müdafiə naziri, daxili işlər naziri, departamentin qubernatoru və Kukuta şəhərinin meri olub.

Kolumbiya lideri hücum edildiyini təsdiqləyib.

"Bildirmək istəyirəm ki, Sardinatadakı işimi bitirdikdən sonra və Kukuta şəhərinə enməyə az qalmış helikopterə hücum edildi", - prezident deyib.

Hücumu bütün İspaniyanın və bütün Latın Amerikası ölkələrinin xarici işlər nazirlikləri pisləyib.

"İspaniya birmənalı olaraq prezident Dukeyə qarşı törədilən terror aktını pisləyir, Kolumbiya lideri və xalqı ilə həmrəyliyini ifadə edir", - XİN-in açıqlamasında vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Kolumbiya  





Xəbər lenti