Son sutkada peyvənd olunanların sayı açıqlandı

Son sutkada peyvənd olunanların sayı açıqlandı
  26 İyun 2021    Oxunub:808
Azərbaycanda son sutkada 75 081 nəfər peyvənd olunub.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 584, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 497 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 3 293 732, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 112 110, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 181 622 nəfər təşkil edir.

Azvision.az



Teqlər: Azərbaycan   Peyvənd  





Xəbər lenti