Hava şarı 5 nəfərin həyatına son qoydu

Hava şarı 5 nəfərin həyatına son qoydu
  26 İyun 2021    Oxunub:2064
ABŞ-da faciə yaşanıb.
Azvision.az xəbər verir ki, hava şarının qəzaya uğraması nəticəsində bir neçə nəfər ölüb. Polisin yaydığı məlumata görə, hava şarı "New Mexico" ştatının Albukerke şəhərində yüksək gərginlikli elektrik xəttinə toxunub. Qəza nəticəsində 5 nəfərin öldüyü və bir nəfərin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir.

"KRQUE" kanalının verdiyi məlumata görə, qəza nəticəsində 13 mindən çox sakin işıqsız qalıb.

Azvision.az



Teqlər: Hava-Şarı   ABŞ   Qəza  





Xəbər lenti