ÜST mutasiyaya uğramış virusla bağlı həyəcan təbili çaldı

   ÜST mutasiyaya uğramış virusla bağlı həyəcan təbili çaldı
  26 İyun 2021    Oxunub:1348
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə koronavirusun yeni ştammı ilə bağlı xəbərdarlı edib.
Azvision.az xəbər verir ki, təşkilatın Rusiya üzrə nümayəndəsi "Delta plus" adlanan yeni mutasiyaya uğramış virus növü ilə bağlı yaranmış vəziyyətə görə həyəcan təbili çalıb.

"ÜST "Covid-19" “Delta” ştammı ilə mübarizə üçün hər cür səy göstərməyə çağırır, vaksinasiyadan keçmək və maskalardan istifadə etmək isə vacibdir", - deyə ÜST-nin Rusiyadakı nümayəndəsi bildirib.

Qeyd edək ki, "Delta" koronavirusun "Hinditsan ştammı" adı ilə tanınan mutasiyasıdır. "Delta Plus" isə son zamanlar Hindistanda yenidən mutasiyaya uğramış virusun daha təhlükəli növüdür.

Tural Tağıyev
Azvision.az



Teqlər: ÜST   Virus  



Xəbər lenti