Moskvada bir günə 86 min adam peyvənd olunub

Moskvada bir günə 86 min adam peyvənd olunub
  27 İyun 2021    Oxunub:1034
Rusiyada vaksinasiya öz axarı ilə davam edir.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. KİV Moskva meri Sergey Sobyaninin açıqlamalarını işıqlandıraraq paytaxtda peyvəndlənməyə marağın artdığını yazıb:

"Sobyanin Moskvada koronavirusa qarşı yetərincə vaksin olduğunu dedi. O həmçinin qeyd edib ki, dünən paytaxtda peyvənd olunmaq üçün 86 min nəfər qeydiyyatdan keçib. Bir sözlə, mer nə vaksinasiyada, nə də qeydiyyat məsələlərində problem yaşanmadığını bəyan edib", -deyə yerli KİV yazıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Vaksin   Moskva  





Xəbər lenti