Britaniyada son sutkada 18 mindən çox yoluxma olub

Britaniyada son sutkada 18 mindən çox yoluxma olub
  27 İyun 2021    Oxunub:2112
Böyük Britaniyada son sutka ərzində 18 270 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların sayı 4 717 811 nəfərə çatıb.

Ötən 24 saatda daha 23 pasiyent dünyasını dəyişib. COVID-19 qurbanlarının ümumi sayı 128 089 nəfərdir.

Azvision.az



Teqlər: BöyükBritaniya   Koronavirus  



Xəbər lenti