Britaniyada hərbi sirlərin olduğu sənəd dayanacaqdan tapıldı
Azvision.az xəbər verir ki, bu barədə BBC öz mənbəsinə istinadən məlumat yayıb. Bildirilib ki, 50 səhifəlik sənəddə “HMS Defender” hərbi gəmisinin Krım sahillərindən keçişinə Rusiyanın mümkün reaksiyası müzakirə edilib.
Böyük Britaniya Müdafiə Nazirliyi məxfi və əhəmiyyətli məlumatların toplandığı sənədin itirildiyini təsdiq edib.
Qeyd edək ki, iyunun 23-də Britaniyanın “Defender” esminesi Qara dənizdə, Krımdakı Fiolent burnu yaxınlığında Rusiyanın ərazi sularını pozub. Rusiyanın sahil mühafizəsi gəmiləri və “Su-24M” bombardmançı təyyarəsi gəminin qarşısını alaraq, atəş açıblar. Bundan sonra esmines geri dönüb.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: BöyükBritaniya