Taliblər Əfqanıstanda sərhəd postunu ələ keçirdi

Taliblər Əfqanıstanda sərhəd postunu ələ keçirdi
  27 İyun 2021    Oxunub:957
“Taliban” hərəkatının silahlıları Əfqanıstanın Balx əyalətinin Kaldar rayonunun Çukçuk sərhəd məntəqəsindəki posta hücum edib.
Azvision.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Qeyd olunub ki, yerli vaxtla saat 12:50-yə qədər davam etmiş şiddətli toqquşma nəticəsində hökumət qüvvələrinin 17 hərbi qulluqçusu müqaviməti davam etdirə bilməyib və Tacikistan ərazisinə keçiblər.

Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sərhəd qoşunlarının mətbuat mərkəzinin yaydığı məlumata görə, ölkə sərhədçiləri humanizm və mehriban qonşuluq prinsiplərini rəhbər tutaraq əfqan hərbçilərinin öz ərazilərinə sərbəst daxil olmalarına icazə veriblər.

Azvision.az



Teqlər: Əfqanıstan   Hücum  





Xəbər lenti