Məşhur Sovet aktyoru vəfat edib

Məşhur Sovet aktyoru vəfat edib
  27 İyun 2021    Oxunub:2141
Məşhur Sovet və Rusiya teatr rejissoru, aktyor İqor Sirenko 80 yaşında vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Moskva Dram Teatrının saytı məlumat yayıb. Aktyorun ölüm səbəbi dəqiqləşdirilməyib, vida mərasiminin vaxtı və yeri də hələlik bəlli deyil.

Sirenko teatrda debütünü 1965-ci ildə "Kral Edip"də Kreonta rolu ilə edib. Moskva Dram Teatrında 30 il çalışıb, "Arena", "Ötən ilin son gecəsi", "Buenos Ayresdəki müsahibə", "Obyektiv vəziyyət" filmlərindəki rolları ilə tamaşaçılar arasında məşhurlaşıb.

Tural Tağıyev

Azvision.az



Teqlər: Aktyor   Vəfat   Sovet  





Xəbər lenti