Türkiyədə saxta içkidən 6 nəfər ölüb

Türkiyədə saxta içkidən 6 nəfər ölüb
  28 İyun 2021    Oxunub:830
Türkiyənin Tekirdağ vilayətində saxta içki zəhərlənməsindən dünyasını dəyişənlərin sayı altıya çatıb.
Azvision.az xəbər verir ki, şəhərin Çorlu rayonunda baş verən gələn hadisə nəticəsində 17 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan altısını xilas etmək mümkün olmayıb. Digər 11 nəfərin müalicəsi davam edir.

Bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı beş nəfər saxlanılıb. Onlardan ikisi həbs edilib.

Azvision.az


Teqlər: Türkiyə   İçki  



Xəbər lenti