Ermənistanda turist sayı 307 mindən 86 minə enib

   Ermənistanda turist sayı 307 mindən 86 minə enib
  28 İyun 2021    Oxunub:1424
Müharibədən sonra özünə gəlməyə çalışan Ermənistanda turizm sektoru da çöküb.

Azvision.az xəbər verir ki, bu ilin birinci rübündə bu ölkəni nə qədər turistin ziyarət etməsi məlum olub.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2021-ci ilin birinci rübündə Ermənistana 86,5 min ziyarətçi gəlib. Bunlardan 31 mini Rusiyadan, 9000-i İran və Gürcüstandan, 2000 nəfər isə Ukrayna ilə ABŞ turistləri olub. 2020-ci illə müqayisədə bu göstəricilər 72 faiz azalıb. Ötən ilin birinci rübündə Ermənistanı təxminən 307 min əcnəbi ziyarət edib. Mütəxəssislər aşağı göstəricilərin qeydə alınmasından narazıdırlar.

"Ermənistanın turizm sektoru tədricən özünə gəlməyə başlayır. Lakin turist axını hələ də azdır", - deyə Turizm Federasiyasının sədri Mehak Apresyan "Sputnik Ermənistan"a verdiyi açıqlamada bildirib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Turist   Ermənistan  



Xəbər lenti