İçərisində 20 cəsəd olan gəmi tapılıb

İçərisində 20 cəsəd olan gəmi tapılıb
  28 İyun 2021    Oxunub:804
Böyük Britaniyaya məxsus adalardan birində içərisində 20 cəsəd olan kiçik gəmi tapılıb.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Gəmini Qrand-Terk adası sahillərində olan balıqçılardan biri aşkarlayıb və o dərhal da polisə məlumat verib. Cəsədlər artıq çürümək üzrə olublar.

Polis rəsmisi Takara Bayn ölümlərin səbəblərinin hələlik dəqiqləşdirilmədiyini söyləyib. Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları qurbanların şəxsiyyətini və onların ölüm səbəbini müəyyənləşdirməyə çalışırlar.

Tural Tağıyev
Azvision.az


Teqlər: Gəmi   Cəsəd  



Xəbər lenti