Atasına qumbara atmaq istədi, özü partladı

Atasına qumbara atmaq istədi, özü partladı
  28 İyun 2021    Oxunub:1114
Ermənistanda oğul ilə ata arasında yaranmış mübahisə sonda faciə ilə nəticələnib.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

“Eçmiədzin sakini olan 33 yaşlı erməni sərxoş vəziyyətdə qumbara ilə atasını hədələyib. O əvvəlcə atasını döyübmüş daha sonra isə, qumbaraya əl ataraq hər yeri partladacağını söyləyib.Ata qaçmağı bacarsa da, partlayış nəticəsində hadisə yerində olan 48 yaşlı bir kişi ölüb. Sərxoş oğul xəstəxanaya yerləşdirilib. Ağır yaralanan həmin vətəndaş da keçinib” , - deyə yerli KİV yazıb.

Qeyd edilir ki, müharibədən sonra Ermənistanda mülki şəxslər üçün silah sursat daha çox əl çatan olub.

Tural Tağıyev


Azvision.az



Teqlər: Qumbara   Ermənistan  



Xəbər lenti