Ermənilər Suqovuşanda cəsəd qalıqları axtarırlar

   Ermənilər Suqovuşanda cəsəd qalıqları axtarırlar
  28 İyun 2021    Oxunub:1293
Ermənistan Azərbaycan ərazisində İkinci Qarabağ müharibəsi zamanı öldürülmüş hərbçilərinin qalıqlarının axtarışlarını bərpa edib.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Məlumata görə, cəsəd qalıqlarının axtarışı bazar ertəsi səhər saatlarından başlayıb. Axtarış əməliyyatları Ağdərə istiqamətində, Suqovuşanda həyata keçiriləcək.

Xatırladaq ki, İrəvan rəsmi olaraq indiyə kimi axtarış müddətində 1585 nəfərin cəsədi və ya cəsəd qalıqlarının tapıldığını və ya Ermənistan tərəfinə verildiyini bəyan edib. Yerli media isə, əslində rəqəmlərin iki dəfə çox olduğunu yazır.

Tural Tağıyev

Azvision.az



Teqlər: Cəsəd   Suqovuşan  





Xəbər lenti