İrəvanda itən hərbçilərin valideynləri etiraz edir

   İrəvanda itən hərbçilərin valideynləri etiraz edir
  28 İyun 2021    Oxunub:1218
Ermənistanda itkin düşmüş hərbçilərin valideynləri və qohumları növbəti dəfə aksiya keçiriblər.

Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
İrəvandakı hökumət binasının qarşısına toplaşan valideynlər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşməkdə israrlı olduqlarını bəyan ediblər.

Aksiya iştirakçıları ölkə rəhbərliyinin "əsir"lərin geri qaytarılması, eləcə də, döyüş meydanlarında qalmış hərbçi cəsədlərinin tapılması üçün kifayət qədər səy göstərmədiyini söyləyiblər.

"Uşaqlarımızın cəsədlərinin yerə səpələnmiş halda qaldığı bir çox videoya rast gəldik. Bu cəsədlərin hara yoxa çıxdığını və neçə nəfər oğlanımızın "əsirlikdə" qaldığını, səlahiyyətlilərin onları geri qaytarmaq üçün nələr etdiyini bilmək istəyirik", - deyə itkin hərbçilərdən birinin dayısı Yeqişe Zakunç bildirib.

Digər hərbçinin qohumu Edik Arevşatyanın sözlərinə görə, o itkin düşənlərin valideynləri ilə birgə bütün məsul strukturlara - Müdafiə Nazirliyi, İstintaq Komitəsi, Milli Təhlükəsizlik Xidməti, Ombudsman Aparatı, BQXK-nə getsə də, suallarına cavab ala bilməyiblər.

Arevşatyan onu da bildirib ki, valideynlər əllərində oğullarının əsirlikdə olması barədə dəlillərin olmasını iddia etsələr də, məsul şəxslərin çoxu bu məlumatları etibarlı hesab etməyib.

Tural Tağıyev

Azvision.az





Teqlər: İtkin   Aksiya   İrəvan  



Xəbər lenti