Yaponiya virusa görə 41 ölkəyə qarşı qaydaları sərtləşdirdi

Yaponiya virusa görə 41 ölkəyə qarşı qaydaları sərtləşdirdi
  28 İyun 2021    Oxunub:887
Yaponiya Xarici İşlər Nazirliyi iyulun 1-dən etibarən 41 ölkədən gələn əcnəbilərə qarşı tədbirləri sərtləşdirdiyini bəyan edib.
Azvision.az xəbər verir ki, tədbirlərin sərtləşdirilməsi Hindistanda meydana gəlmiş koronavirusun "Delta" ştammının kütləvi şəkildə yayılması ilə əlaqələndirilir. Əfqanıstan, Hindistan, Şri Lanka, Nepal, Pakistan, Maldiv adalarından səfər edənlərə qarşı ən sərt tədbirlər tətbiq ediləcək. Belə ki, bu ölkələrdən Yaponiyaya daxil olanlara qarşı xüsusi karantin qaydaları tətbiq ediləcək, onlar izolyasiya olunaraq bu müddətdə üç dəfə koronavirus testi vermək məcburiyyətində qalacaqlar.

İndoneziya, Uqanda, İngiltərə, Misir, Banqladeş və Malayziyadan gələnlər üçün isə xüsusi təyin edilmiş bir karantində 6 günlük izolyasiya tədbirləri görüləcək. Bu 6 gündə onlar iki dəfə test verməli olacaqlar. Yaponiyaya Rusiya (Moskva, Sankt-Peterburq, Moskva ətrafı ərazi), İspaniya, ABŞ-ın 14 əyaləti, Belçika və digər ölkələr daxil olmaqla 29 ölkədən gələnlər üç günlük karantindən keçməli olacaqlar, yalnız bundan sonra onlardan bir koronavirus testi alınacaq.

Tural Tağıyev

Azvision.az



Teqlər: Yaponiya   Koronaviru   Ştamm  





Xəbər lenti