Sensasiya: “Defender”lə bağlı gizli sənədlər dayanacaqda tapıldı

      Sensasiya:    “Defender”lə bağlı gizli sənədlər dayanacaqda tapıldı
  28 İyun 2021    Oxunub:3294
Kent qraflığındakı avtobus dayanacağında Britaniyanın Müdafiə Nazirliyinə məxsus gizli sənədlər tapılıb. Sənədləri tapan şəxs BBC ilə əlaqə saxlayaraq, anonimliyinin qorunması şərtilə bu haqda məlumat verib.
Krallığın Müdafiə nazirliyi faktı təsdiqləyərək bildirib ki, ötən həftə əməkdaşlardan biri gizli sənədlərin yoxa çıxdığını aşkarlamışdı. Bundan sonra daxili araşdırma başlanılıb.
Maraqlısı odur ki, 50 səhifədən çox sənədin arasında “Defender” esminesinin Krım sahillərinə üzəcəyi və Rusiyanın buna mümkün reaksiyaları haqda məlumatlar da olub.
İngilis gəmisi Qara dənizdən belə uzaqlaşdırıldı- VİDEO

Azvision.az xəbər verir ki, sənəddə yazılanlara görə, Britaniyanın Müdafiə Nazirliyi əgər ruslar “peşəkar və məsuliyyətli davranarlarsa”, “Defender”in səfərinin insidentsiz ötüşəcəyindən əmin imiş.

Tapılmış məxfi sənədlərdə bundan başqa, N ATO Əfqanıstandan çıxandan sonra ingilislərin orada görəcəkləri işlər haqqında müfəssəl məlumatlar yer alıb. Belə bəlli olur ki, Britaniya orada müəyyən qədər hərbi qüvvə saxlamağı planlaşdırırmış.

Belə görünür ki, deyəsən, ingilsilər bütün dünya ilə “Ceyms Bond” oyunu oynamaq istəyirlər. Müdafiə Naziliyindən vacib sənədlərin oğurlanması marketdən saqqız çırpışdırmaq deyil. Güman ki, tapılan sənədlərdə sadəcə, ingilislərin dünyaya ötürmək istədikləri, amma bunu açıq şəkildə deməyi bacarmadıqları mesajlar var. Məsələn, Britaniya bu yolla ərz etməyə çalışır ki, rusların Qara Dənizdəki hərəkətini “peşəkar və məsuliyyətli” saymır, insidenti isə gözləməyib.

Samir Quliyev
Azvision.az


Teqlər: Defender  





Xəbər lenti