Şahzadə Çarlz Diananın abidəsinə getməkdən imtina edib

Şahzadə Çarlz Diananın abidəsinə getməkdən imtina edib
  28 İyun 2021    Oxunub:1506
Şahzadə Çarlz keçmiş həyat yoldaşı şahzadə Diananın abidəsinin açılışında iştirak etməkdən imtina edib.
Azvision.az xəbər verir ki, bu barədə "Express" nəşri məlumat yayıb.İddia edilir ki, buna səbəb Uels şahzadəsinin tədbirə qatılaraq "köhnə yaraları yenidən açmaq" istəməməsi olub.

Xatırladaq ki, şahzadə Diana, 31 Avqust 1997-ci ildə Parisdə faciəvi şəkildə həlak olub. Onun milyarder Dodi Al-Fayed ilə birlikdə getdiyi "Mercedes" tunel divarına çırpılaraq qəzaya uğrayıb.

Tural Tağıyev

Azvision.az



Teqlər: Şahzadə  



Xəbər lenti