KTMT Tacikistan-Əfqanıstan sərhədinə qoşun yeridə bilər

   KTMT Tacikistan-Əfqanıstan sərhədinə qoşun yeridə bilər
  28 İyun 2021    Oxunub:2621
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) Tacikistanın Əfqanıstanla sərhəddə yaranmış gərginliklə əlaqədar lazımi yardımları göstərə bilər.
Azvision.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov bildirib.

"Tacikistan KTMT-yə müraciət edəcəyi təqdirdə, təşkilatın Nizamnaməsində nəzərdə tutulan və tələb ediləcək bütün lazımi yardımı təmin edəcək. Bu siyasi, hərbi və hərbi-texniki yardım ola bilər. Hələlik isə Tacikistan sərhədddəki vəziyyətlə bağlı müraciət ünvanlamayıb", - deyə o söyləyib.

Qeyd edək ki, iyunun 22-də radikal "Taliban" hərəkatının silahlı qruplaşmaları Əfqanıstanın Tacikistanla sərhədində yerləşən Kunduz əyalətindəki Şerxan-Bandar sərhəd komissarlığına hücum edib. 134 əfqan əsgəri silahlılara müqavimət göstərə bilməyib və onlar "Panj" nəzarət-buraxılış məntəqəsinin təhlükəsizlik zonasından qaçaraq dövlət sərhədini keçiblər. Əsgərlər Tacikistana sığınmağa məcbur olublar. Humanitar səbəblərdən Tacikistan sərhədçiləri bir qrup əfqan əsgərinin onların ərazisinə keçməsinə icazə verib. Əsgərlərin arasında 1 nəfər öldüyü, 4 nəfərin isə yaralandığı bildirilir.

Tural Tağıyev

Azvision.az



Teqlər: KTMT   Taliban  



Xəbər lenti