Polşada COVİD-dən ölüm qeydə alınmadı

Polşada COVİD-dən ölüm qeydə alınmadı
  28 İyun 2021    Oxunub:1286
Polşada ötən ilin martından bu yana ilk dəfə olaraq sutka ərzində virusdan ölüm halı qeydə alınmayıb.
Azvision.az xəbər verir ki, bu barədə Polşanın Səhiyyə Nazirliyi "Twitter"-də məlumat yayıb.

27 iyunda ölkədə 52 koronavirus infeksiyası qeydə alınıb.
Qeyd edək ki, Polşada pandemiya başlayandan bəri 2.8 milyondan çox insana koronavirus diaqnozu qoyulub və təxminən 75 min insan ölüb.

Tural Tağıyev

Azvision.az



Teqlər: Polşa  





Xəbər lenti