ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 10-a çatdı
"Axtarışlar gecə boyu davam edib. Daha bir nəfərin cəsədi tapılıb. Beləliklə, ölənlərin sayı 10 nəfər oldu. Xilasetmə əməliyyatı davam edir. Dağıntıları təmizləmək üçün ağır texnikadadan da istifadəyə başlayacaqlar".
Qeyd edək ki, mayın 24-də Mayaminin bir hissəsi olan Serfsayd şəhərciyində 12 mərtəbəli binanın bir hissəsi çöküb. Rəsmi qurumlar yaşayış kompleksindəki 130 mənzildən təxminən yarısının dağıldığını bildiriblər.
Azvision.az